Zəncirvarı yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - FOTO

Zəncirvarı yol qəzasında bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - FOTO

19 Dekabr 2014 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda zəncirvarı yol qəzası baş verib. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün 16.00 radələrində rayon ərazisində yerləşən "Nargilə" kafesinin qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nurşirəvan Sahib oğlu Qurbanovun idarə etdiyi "Azsamand" markalı avtomobil sürücüsü məlum olmayan avtomobillərə - "Audi", BMW, Ford və "VAZ 2107" markalı avtomobillər çırpılıb. Qəza zamanı N. Qurbanov hadisə yerində dünyasını dəyişib, digər avtomobillərdə olan sərnişinlər, 1988-ci il təvəllüdlü Rəşad Fazil oğlu Hüseynov, 1975-ci il təvəllüdlü Sədaqət Camal qızı Axundova, 1988-ci il təvəllüdlü Sərxan İlqar oğlu Bağırov, 1980-ci il təvəllüdlü Emin Eminəli oğlu Hüseynov muxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Mediainfo.az