Fətullah Gülənə həbs qərarı verilib

Fətullah Gülənə həbs qərarı verilib

19 Dekabr 2014 17:05
Bəyəndim (0) Bəyənmədim (0)

Nurçuların lideri, hazırda ABŞ-da yaşayan Fətullah Gülən haqqında həbs qətimkan tədbiri seçilib. Apa-nın xəbərinə görə, bu barədə Türkiyə hökumətinə yaxın "Sabah"

Məlumatda bildirilir ki, F. Gülən haqqında "terror təşkilatına liderlik etmək" ittihamı əsasında həbs qərarı çıxarılıb.

Xatırladaq ki, dekabrın 14-də həyata keçirilən əməliyyat zamanı Türkiyə polisi nurçuların media orqanlarının bəzi rəhbərləri və əməkdaşlarını, eləcə də bu cərəyanın nümayəndələri olan bəzi keçmiş polis rəislərini saxlayıb.

Qeyd edək ki, 1941-ci il təvəllüdlü Fətullah Gülən 1999-cu ilin martından ABŞ-ın Pensilvaniya ştatında yaşayır.

Mediainfo.az