DYPX avtomobilinin şüşəsini sındıran sürücü saxlanıldı

DYPX avtomobilinin şüşəsini sındıran sürücü saxlanıldı

19 Dekabr 2014 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Son vaxtlar Bakıda Dövlət Yol Polisi (DYP) əməkdaşlarına hücumlarla bağlı xoşagəlməz insidentlərin sayı artıb. Yol hərəkəti qaydalarını pozanların itaətsizliyi ilə bağlı növbəti hadisə Binəqədi rayonunda baş verib.

Bu barədə Vesti.az məlumat yayıb. Məlumata əsasən, dekabrın 18-də saat 02:00-da Azadlıq prospektində 161 saylı binanın qarşısında DYP və yol patrul xidməti əməkdaşları – müfəttişlər, hər ikisi 1983-cü il təvəllüdlü Abbasəli Ələkbərov və Rauf Bağıyev sərxoş vəziyyətdə "Daewoo" markalı avtomobili idarə edən 1992-ci il təvəllüdlü Bakı sakini Fərmin Firudinoğlunu saxlayıb.

Məlumata əsasən, Fərmin Firudinoğlu polislərin tələblərinə məhəl qoymayıb və onlarla dava etməyə başlayıb. Bundan başqa, dava zamanı o, polisin "BMW" markalı xidməti maşınının yan şüşəsini ayağı ilə sındırıb.

Avtoxuliqanın artıq polis tərəfindən saxlanıldığı məlumdur.

Faktla bağlı araşdırmalar aparılır.

Mediainfo.az