Dayıoğlu qatilinin məhkəməsi başlayıb

Dayıoğlu qatilinin məhkəməsi başlayıb

19 Dekabr 2014 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dayısı oğlunu öldürməkdə təqsirli bilinən Saleh Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabr 26-a təyin edilib.
Qeyd edək ki, bu il sentyabrın 27-də Xaçmaz rayonunda toy zamanı qohumlar arasında dava düşüb. Nəticədə Saleh Hacıyev dayısı oğlu Rüfət Xeyrullayevi itələyib. Onun başı pilləkənə dəyib. Bir müddət sonra isə R. Xeyrullayev dünyasını dəyişib.

Mediainfo.az