Oğrular həbs edildi

Oğrular həbs edildi

19 Dekabr 2014 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsimi rayonunda iki oğurluq cinayətinin üstü açılıb.

Bu barədə Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi, Post Patrul Xidməti Bölüyü əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini, 1970-ci il təvəllüdlü Həsrət Əzizov tutulub. O, noyabrın 30-da A.Mustafayev küçəsində yerləşən dərzi sexinin vitrinindən 1 ədəd dəri kürk gödəkcəni oğurlamaqda şübhəli bilinir.

Daha bir oğurluq cinayətini törədən şəxsin tutulması üçün əməliyyatı Baş Cinayət-Axtarış İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları keçirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində oktyabrın 13-də Sevil Qəniyevanın çantasından mobil telefon oğurlamış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Esmira Əmirova tutulub.

Mediainfo.az