2 milyonluq broker intihar etdi

2 milyonluq broker intihar etdi

19 Dekabr 2014 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə 55 yaşlı broker evində asılı halda tapılıb. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Dilek Görgün istilik sisteminin borusundan asılıb. O, İstanbulun Suadiye məhəlləsində 25 iş adamının ümumilikdə 2 milyon lirəsini bəlli bir komisyon haqqı qarşılığında birjada təqib edirdi.

Üzündə sıyrıqlar olduğu bildirilən Görgünün evində qızına yazdığı məktub da tapılıb: "Çok pis iflas etdim. Bu evdən ayrıl. Heç üzülmə". Polis hazırda bir ay əvvəl Sakarya Karasuda inşaat işlərinə girən, ancaq aldadıldığı bildirilən qadının ölümünün intihar, yoxsa cinayət olduğunu araşdırır.

Mediainfo.az