“Nurçu”ların məhkəməsi davam etdirilib

“Nurçu”ların məhkəməsi davam etdirilib

19 Dekabr 2014 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Yasamal Rayon Məhkəməsində Azərbaycanda saxlanılan "nurçu"ların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Apa-nın məlumatına görə, prosesdə Arif Ələkbərov adlı şəxs zərərçəkmiş qismində ifadə verib. O, ifadəsində hər hansı şikayətinin olmadığını, zərər çəkmədiyini bildirib. A. Ələkbərov qeyd edib ki, hər cümə günü təqsirləndirilən şəxslərin toplaşdığı mənzilin qarşısında avtomobillər çox olduğundan yolda sıxlıq yaranırmış.

Proses yanvarın 13-də davam etdiriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanları bu ilin aprelində paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən "nurçu" təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, "nurçu" təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.

Saxlanılan şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Lakin sonradan onların barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinirlər.

Mediainfo.az