Azərbaycanda Perunun yeni səfiri fəaliyyətə başlayacaq

Azərbaycanda Perunun yeni səfiri fəaliyyətə başlayacaq

19 Dekabr 2014 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Peru Respublikası Azərbaycana səfir təyin edib. APA-nın "ANDİNA" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Perunun Türkiyədəki səfiri Xorxe Enrike Abarka del Kaprio eyni zamanda bu ölkənin Azərbaycandakı səfir kimi fəaliyyət göstərəcək. Nazirlər Şurasında keçirilən səsvermədə təsdiqlənən qərarı ölkə prezidenti Olyanta Umala Tassoya imzalayıb. Qeyd edək ki, səfirin iqamətgahı Ankarada yerləşir.

Mediainfo.az