Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçirilib

Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçirilib

19 Dekabr 2014 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 16-dan 18-dək Ankarada Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçirilib. İclasda iki ölkə arasında hərbi sahədə əməkdaşlığın növbəti il üçün hədəfləri, hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə edilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında keçirilmiş toplantıdan sonra Azərbaycan nümayəndə heyəti müxtəlif hərbi qurumlarda, o cümlədən Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Katibliyində olub. Azərbaycan heyətinə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev rəhbərlik edib. Nümayəndə heyətinə Türkiyə müdafiə sənayesində həyata keçirilən layihələr barədə brifinqlər verilib. Bu sahədə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən ildə bir dəfə olmaqla keçirilir. Növbəti iclas 2015-ci ilin sonlarında Bakıda keçiriləcək.

Mediainfo.az