44 ildən sonra baş vermiş analoji hadisə

44 ildən sonra baş vermiş analoji hadisə

23 İyun 2011 20:42
888
Bəyəndim (0) Bəyənmədim (0)

Antarktida sahillərində yaşayan imperator pinqvinləri ailəsinin gənc üzvü təsadüfən Yeni Zelandiya sahillərində görünüb. Yöndəmsiz qara-ağ quşlar çoxlarının diqqətini cəlb edib.Yerli hakimiyyət orqanları insanlara öz emosiyalarını boğmaq və itlərini xaltada saxlamağı məsləhət görüblər. Gözlənilməz qonaq təbiəti mühafizə cəmiyyətinin üzvlərini çıxılmaz vəziyyətə salıb. Onlar elə hesab edirlər ki, pinqvin yolunu azıb. Bi pinqvin hələ cavandır. 10 aylıqdır, boyu isə 80 santimetrdir. O, qışda Antarktidada doğulmuş və çox güman ki, yemək axtarışı məqsədi ilə şimala üzüb. Bir anda istiqamətini itirərək doğma buzlaqlar yerinə Yeni Zelandiyanın iki ən iri şəhərlərindən biri olan Şimal adasının sahillərinə çatıb. Yeni Zelandiya milli muzeyinin pinqvinlər üzrə mütəxəssisi Kolin Miskelli deyibr ki, onlar adətən buzlaqlardan uzaqlaşmırlar, amma bu pinqvin şimala üzüb gedərək, öz yaşadığı məkandan uzaq düşüb.
İmperator pinqvinləri pinqvinəoxşar dəstənin ən iri nümayəndələrindəndir. Boyu 120 santimetrə, çəkisi isə 34 kiloqrama çatır. Onu da əlavə edək ki, analoji hadisə Yeni Zelandiyada 44 il bundan əvvəl baş verib.

Gərək nəinki insanlar, heyvanlar da yolunu azmasınlar. Əks təqdirdə, el-aləmdə söz-söhbət sahibi olurlar.

Könül Aypara