Maşınını satdı, polisə şikayət etdi

Maşınını satdı, polisə şikayət etdi

18 Dekabr 2014 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdam rayon sakini Eldəniz Hüseynov avtomobilinin oğurlanması ilə bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Eldəniz Hüseynov dekabrın 17-də "Daewoo" markalı avtomobilinin qaçırıldığını bildirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən avtomobil Qobustan rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili idarə edən Kəlbəcər rayon sakini Oqtay Əsədov, sərnişinləri - Şuşa rayon sakini İlqar Xəlilov və Ağdam rayon sakini Şamil Allahverdiyev aidiyyəti üzrə 29-cu polis bölməsinə təhvil veriliblər.

Araşdırmalar zamanı Eldəniz Hüseynovun avtomobili Oqtay Əsədova satması, pulun müəyyən hissəsini ala bilməməsi ilə əlaqədar polisə bu səpgidə məlumat verməsi müəyyən edilib.

Mediainfo.az