Qaxda 3 gün əvvəl itkin düşən qocanın meyiti tapılıb

Qaxda 3 gün əvvəl itkin düşən qocanın meyiti tapılıb

18 Dekabr 2014 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Qaxda 3 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Qax rayon Polis Şöbəsindən Apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qaşqaçay kənd sakini, 1938-ci il təvəllüdlü Səməndər Hacı oğlu Quliyevin meyiti çay kənarında tapılıb. Onun yıxılaraq aldığı xəsarətdən öldüyü ehtimal edilir.

Qeyd edək ki, Səməndər Quliyev dekabrın 15-də saat 15:00 radələrində kəndin yaxınlığındakı dağlıq meşəlik ərazidə meyvə yığmaq adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi barədə ailə üzvləri polisə məlumat verib.

Mediainfo.az