Gürcüstanlı ağır qəza törətdi

Gürcüstanlı ağır qəza törətdi

18 Dekabr 2014 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaş rayonunda xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Ramal kəndində qeydə alınıb. Gürcüstan vətəndaşı Zuradi Baqaturya idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən rayon sakini Gülnar Rəcəbovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Mediainfo.az