Hərbi xidmətdən yayınan cəbhəçi həbs olundu

Hərbi xidmətdən yayınan cəbhəçi həbs olundu

18 Dekabr 2014 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü həbs edilib.

Mediainfo.az xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən rayon sakini Mirağa Abbasovun hərbi xidmətdən yayınması barədə polisə məlumat daxil olub.

M.Abbasov evinə gedən polis əməkdaşına müqavimət göstərərək onu təhqir edib. O, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilib və barəsində toplanmış materiallar Sabirabad Rayon Məhkəməsinə göndərilib.

M.Abbasov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 25 sutka həbs cəzası alıb.

Qeyd edək ki, M. Abbasov AXCP-nın Sabirabad rayon təşkilatının üzvüdür.

Mediainfo.az