Saxta diplomu 7 min dollara satarkən ilişdi

Saxta diplomu 7 min dollara satarkən ilişdi

18 Dekabr 2014 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda saxta diplom satan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Nuriyev Rövşən Məmmədovun adına hazırladığı Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomu satmaq istəməsi müəyyən edilib. V.Nuriyev saxta diplomu şərti alıcıya 7000 ABŞ dollarına satarkən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Mediainfo.az