Paytaxtın bəzi küçə və prospektləri bağlanıb

Paytaxtın bəzi küçə və prospektləri bağlanıb

23 İyun 2011 17:35
Bəyəndim (0) Bəyənmədim (0)

Silahlı Qüvvələrinin yaranmasının ildönümü münasibəti ilə keçiriləcək hərbi nümayişə hazırlıqla əlaqədar bu gündən başlayaraq Bakı şəhərinin bəzi küçə və prospektləri bağlanılıb. Bu barədə APA-ya Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. V. Əsədov qeyd edib ki, Mikayıl Müşfiq küçəsinin Hüseyn Cavid küçəsi ilə kəsişən hissəsindən avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb: "İnşaatçılar prospektindən Mehdi Hüseyn küçəsi istiqamətinə, həmçinin Milli Məclisin binasının arxasından Şəhidlər Xiyabanı istiqamətinə avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdirilib. Bakı-Astara yolunun 14 kilometrliyindən Bayıl qəsəbəsi istiqamətinə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bakı şəhərinə daxil olmaq istəyən şəxslər Bakı-Astara yolunun üçüncü kənar dairəvi yolundan istifadə edərək, 20 Yanvar dairəsinə və digər istiqamətlərə hərəkət edə bilərlər. Nobel prospektindən hərəkət edənlər isə Nəcəfqulu Rəfiyev küçəsi ilə 10-cu zavod dairəsi istiqamətində hərəkət edə bilərlər. Paytaxtdan çıxmaq istəyənlər Badamdar qəsəbəsi, Mikayıl Müşfiq dairəsi, Mətbuat, Ziya Bünyadov prospektlərindən istifadə edə bilərlər". Bölmə rəisi sürücülərdən xahiş edib ki, yol polis əməkdaşlarının işlərinə mane olmasınlar, göstərilən istiqamətdə hərəkət etsinlər: "Yolların hərəkət istiqamətinin dəyişdirilməsi dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə bağlıdır".

Bütün yollar parada aparır.

Tofiq Əliyev

O.M.