Əsəd rejiminə qarşı vuruşan daha bir azərbaycanlı öldürülüb

Əsəd rejiminə qarşı vuruşan daha bir azərbaycanlı öldürülüb

18 Dekabr 2014 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyada daha bir azərbaycanlı öldürülüb. Bu barədə türk saytları məlumat yayıb.

Belə ki, İdlib şəhərində Əsəd rejiminə qarşı iki gün davam edən qızğın döyüşdən sonra "Vadi Dayf" hərbi bazası müxalif güclər tərəfindən alınıb. 2 gün davam edən döyüşlərdə 1000-ə yaxın rejim silahlıları, 80-ə yaxın isə müxalif cəbhəsindən olan silahlılar öldürülüb. Ölənlərdən birinin adı Ruslan Əliyevdir. Onun azərbaycanlı olduğu bildirilir.

Mediainfo.az