Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

18 Dekabr 2014 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 19-da əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Mediainfo.az