Keçmiş təhsil naziri Ankarada əməliyyat olunub - FOTO

Keçmiş təhsil naziri Ankarada əməliyyat olunub - FOTO

18 Dekabr 2014 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş təhsil naziri professor Fürudin Ağasıoğlu üzərində 6 saat yarım davam edən cərrahiyyə əməliyyatı uğrula başa çatıb. Artıq o, reanimasiyadadır. Musavat.com-a bu barədə professorun həyat yoldaşı Fəridə xanım məlumat verib.

Firudin Ağasıoğlu səhhətindəki qəfil ağırlaşma səbəbi ilə 2 gün öncə Ankaraya aparılmışdı. Yada salaq ki, bir neçə ay öncə də professor Ankarada əməliyyat keçirmişdi.

Ailəsinin verdiyi xəbərə görə, F.Ağasıoğlunun sol ayağında arterial qan damarı süni damarla əvəz edilib. Həkimlər professorun yaxın günlərdə palataya köçürüləcəyini bildiriblər.

Mediainfo.az