Eldəniz Quliyev kassasiya şikayəti verib

Eldəniz Quliyev kassasiya şikayəti verib

17 Dekabr 2014 17:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apellyasiya Məhkəməsində Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevin barəsində olan məhkəmə hökmündən verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

Eldəniz Quliyevin vəkili Elçin Sadıqov Apa-ya açıqlamasında bildirib ki, məhkəmədə çıxış edərək prosesin ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini deyib: "İlkin baxış iclası zamanı biz məhkəmənin istintaqla aparılması barədə vəsatət vermişdik. Lakin məhkəmə bunu təmin etmədiyindən Ali Məhkəməyə müraciət etdik. Bunun üçün məhkəmə qeyri-müəyyən vaxta kimi təxirə salındı".

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bundan sonra R. Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə R. Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə E. Quliyev 480 saat müddətində ictimai işlərə cəlb olunmalı və 1000 manat cərimələnməlidir. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılıb.

Hökmdən narazı qalan E. Quliyev isə apellyasiya şikayəti verib.

Mediainfo.az