İlham Əliyev Pakistan prezidentinə başsağlığı verib

İlham Əliyev Pakistan prezidentinə başsağlığı verib

17 Dekabr 2014 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Apa-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab prezident, Peşəvar şəhərində hərbi məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Bu qanlı hadisə terrorizmin dəhşətli bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir. Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Mediainfo.az