Bir rəis də işdən çıxarıldı

Bir rəis də işdən çıxarıldı

17 Dekabr 2014 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunan Mirqafar Seyidovun təqdimatı ilə aparılan kadr islahatları, daha doğrusu, yüksək vəzifəli şəxslərin işdən azad edilməsi prosesi davam edir.

AzNews.az xəbər verir ki, bu gün Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsini rəisi Səid Seyidov tutduğu vəzifəyə yararsız hesab edilərək, işdən azad edilib. Maraqlıdır ki, S.Seyidov bu vəzifəyə cəmi bir ay əvvəl- Mirqafar Seyidov BŞBPİ-yə rəis gələndən sonra təyin edilib. Onun vəzifədən belə qəfil çıxarılmağı gözlənilməz olub.

Qeyd edək ki, Seyidov Səid Adil oğlu əvvəllər Baş Mütəşəkkil Cinayətkarlığa qarşı baş idarədə çalışıb. O, vaxtilə Prezident tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunub.

Xatırladaq ki, iki gün öncə BŞBPİ-nin 5-i rəis olmaqla 9 əməkdaşı işdən çıxarılıb. Onlara qarşı ağır ittihamlar irəli sürülüb.

Mediainfo.az