
Son dəqiqə: Eks- deputat dəhşətli qəzaya düşdü
Əliməmməd Nuriyev bədən xəsarətləri alıb
Bu dəqiqələrdə Bakının "Azadliq" meydanında baş verən avtomobil qəzasında keçmiş millət vəkili Əliməmməd Nuriyev ağır xəsarət alıb. Azpolitika.infonun məlumatına görə, "BMW" markalı avtomobillə Əliməmməd Nuriyevin idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobilin toqquşması nəticəsində ikinci avtomobil aşıb. Yaxınlıqdakı vətəndaşlar keçmiş deputatı tərsinə çevrilmiş avtomobildən çıxarıblar.
Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.
Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:
Mediainfo.az
Digər xəbərlər