Ana və azyaşlı oğlu qəzada ölüb

Ana və azyaşlı oğlu qəzada ölüb

17 Dekabr 2014 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, dekabrın 16-da saat 18 radələrində Sumqayıt şəhərində şəhər sakini Elvin Qarayevin idarə etdiyi "Nissan" və Ağstafa rayon sakini Elnur Əliyevin idarə etdiyi "VAZ-21099" markalı avtomobillər toqquşub. E.Əliyevin sərnişinlərindən arvadı Ceyhunə və azyaşlı oğlu Hüseyn hadisə yerində ölüb, özü və digər sərnişini qızı Elnurə xəstəxanaya yerləşdiriliblər.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az