Medvedev “Tu-134” təyyarələrinin istismardan çıxarılmasına göstəriş verib

Medvedev “Tu-134” təyyarələrinin istismardan çıxarılmasına göstəriş verib

23 İyun 2011 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Dmitri Medvedev 2012-ci ildən başlayaraq "Tu-134" təyyarələrini müntəzəm reyslərdən çıxarmaq barədə Nəqliyyat Nazirliyinə tapşırıq verib.

Bu bəyanatı prezident "RİA Novosti" agentliyinin planlaşdırmasında iştirak edərkən səsləndirib. Kareliyada 45 nəfərin ölümü ilə nəticələnən aviaqəzanın müzakirə olunduğu iclasda D.Medvedev "Tu-134" təyyarələrinin təxirə salınmadan istismardan çıxarılmasına göstəriş verdiyini bildirib: "Bunun vaxtı çatıb". Qeyd edək ki, 1960-cı illərdə SSRİ-də istehsalına başlanan "Tu-134" təyyarələrinə əsas irad həmişə çıxardığı səslə bağlı olub. Avropa ölkələrinin aeroportları bir neçə ildir "Tu-134" təyyarələrini qəbul etməkdən imtina edir.

Tofiq Əliyev

O.M.