Sabah külək əsəcək

Sabah külək əsəcək

17 Dekabr 2014 12:52
310
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 18-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Mediainfo.az