Düşmən 4 rayonumuzu 57 dəfə atəşə tutdu

Düşmən 4 rayonumuzu 57 dəfə atəşə tutdu

17 Dekabr 2014 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhədə atəş səsləri susmaq bilmir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub.

Erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Sarıcalı, Baş Qərvənd, Cəvahirli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

Mediainfo.az