NİDA-çıların apellyasiyası təmin olunmadı

NİDA-çıların apellyasiyası təmin olunmadı

16 Dekabr 2014 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apelyasiya Məhkəməsində "NİDA" vətəndaş hərəkatının həbsdə olan üzvləri - Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadə, Rəşad Həsənov, Məmməd Əzizov və Üzeyir Məmmədli barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb. Hhakim Həsən Əhmədov sədrliyi etdiyi prosesdə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclası zamanı təqsirləndirilən şəxslərin vəkilləri prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etmədiyindən həmin iclasın qərarından Ali Məhkəməyə şikayət edilib. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyərək işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Onu da qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.
B. Quliyev və Ş. Novruzlu prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılıb.

Mediainfo.az