Dini komitənin sədri məhkumlarla görüşdü - FOTO

Dini komitənin sədri məhkumlarla görüşdü - FOTO

16 Dekabr 2014 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müxtəlif dövlət təşkilatları və ictimai qurumlarla birgə təsdiq etdiyi planlar üzrə tədbirlərin keçirilməsi davam etdirilir.

Teleqraf.com xəbər verir ki, məhbuslarla növbəti görüş bu gün ə 6 saylı cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə təşkil olunub.

Məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədi ilə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı, ədliyyə nazirinin müavini, ədliyyə general-leytenantı Mədət Quliyev, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iştirak ediblər.

Mədət Quliyev əsas məqsədin cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad ediləndən sonra onların sosial adaptasiyasına zəmin yaradılması olduğunu bildirib.

O, bildirib ki, dünyanın heç bir dövlətində cəzaçəkmə sisteminə Azərbaycandakı kimi diqqət yoxdur. Ölkəmizdə üç yeni tipli cəzaçəkmə müəssisəsinin tikildiyi diqqətə çatdırılıb. Bundan başqa, respublikanın regionlarında yeddi cəzaçəkmə müəssisəsinin tikildiyi vurğulanıb. Prezident İlham Əliyevin tapşırığı əsasında penitensiar sahədə işlərin davam etdirildiyi, maddi-texniki bazanın möhkəmləndiyi bildirilib.

Mediainfo.az