11 ayda 10 567 yanğın hadisəsi qeydə alınıb

11 ayda 10 567 yanğın hadisəsi qeydə alınıb

16 Dekabr 2014 16:03
Bəyəndim (0) Bəyənmədim (0)
K. Heydərov: “11-i uşaq olmaqla, 47 nəfərin həyatı real təhlükədən xilas edilib”

"Yanğın hadisələrinin qarşısının alınması sahəsində operativlik nümayiş etdirilib" Apa-nın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə keçirilən mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, 11 ay ərzində respublika ərazisində 10 567, paytaxt Bakıda 3076 yanğın hadisəsi qeydə alınıb.

Hər gün təxminən 32 yanğın hadisəsinə çıxış olub, hər 7 gündə 1 nəfər xilas edilib, 103 dövlət obyekti, 600 fərdi ev, 400 yardımçı tikili yanğından mühafizə olunub. 11-i uşaq olmaqla, 47 nəfərin həyatı real təhlükədən xilas edilib.

Nazirin sözlərinə görə, 738 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 10 min hektarlarla meşə və 502 hektara yaxın taxıl sahəsi yanğından mühafizə edilib.

K. Heydərov bildirib ki, 25 min fəhlə və qulluqçu yanğına qarşı maarifləndirilib.

66 mindən çox obyektdə yanğın-təhlükəsizlik yoxlaması aparılıb.

Əhalinin maarifləndirilməsi işləri də həyata keçirilib, 12 mindən çox evdə nöqsanlar aşkar edilib, təxirəsalınmaz tədbirlər görülməsi üçün qaz istismar idarələrinə məktublar göndərilib.

Mediainfo.az