Ev sahibi ilə birgə yandı

Ev sahibi ilə birgə yandı

16 Dekabr 2014 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki evlərdən birində yaşayan Namiq Rüstəmova məxsus evdə yanğın baş verib.

"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, hadisə dekabrın 15-də saat 09 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki evlərdən birində olub.

Nəticədə 1 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra N.Rüstəmovun tüstüdən boğulmuş meyiti tapılıb.

Araşdırmalar aparılır.

Mediainfo.az