Gecəyarısı bıçaqlandı

Gecəyarısı bıçaqlandı

16 Dekabr 2014 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, qanlı olay dekabrın 15-də gecə saatlarında Nəsimi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Oleq Klopova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

Bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Şahbaz Babayev Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Mediainfo.az