Beyləqanda ağır qəza

Beyləqanda ağır qəza

16 Dekabr 2014 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Beyləqanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, dekabrın 15-də saat 23 radələrində Xocavənd rayon sakini Qədir Mirzəyev idarə etdiyi "VAZ-21061" markalı avtomobili yolun kənarında dayanan Füzuli rayon sakini Bəyəndik Əliyevə məxsus "VAZ-2106" markalı avtomobilə vurub. Q.Mirzəyev hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az