"Taliban"çılar 500 pakistanlını girov götürüblər

"Taliban"çılar 500 pakistanlını girov götürüblər

16 Dekabr 2014 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

"Taliban" hərəkatının yaraqlıları Pakistanın şimal-qərbindəki Peşəvər şəhərində hərbi məktəbə silahlı hücum ediblər. Nəticədə ən azı iki şagirdin xəsarət aldığı bildirilir. Trend xəbər verir ki, bu barədə RİA Novosti çərşənbə axşamı Frans Press agentliyinə istinadən məlumat yayıb.

Reyters agentliyinin hərbçilərə istinadən verdiyi məlumata görə, yaraqlılar şagirdləri girov götürüblər. KİV-in məlumatına görə, ümumilikdə təxminən 500 insanın girov götürüldüyü ehtimal olunur.

Mediainfo.az