Bir qrup ziyalı Nüsrət Kəsəmənlinin oğlunun işinə görə ölkə rəhbərinə müraciət ediblər

Bir qrup ziyalı Nüsrət Kəsəmənlinin oğlunun işinə görə ölkə rəhbərinə müraciət ediblər

16 Dekabr 2014 12:33
Bəyəndim (0) Bəyənmədim (0)
Onların arasında əməkdar artistlər də var

Azərbaycanın bir qrup ziyalısı şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli ilə bağlı ölkə başçısına müraciət imzalayıb.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, xalq yazıçıları Anar Rzayev və Çingiz Abdullayev, xalq şairləri Zəlimxan Yaqub və Fikrət Qoca, millət vəkili Nizami Cəfərov, xalq artisti Həmidə Ömərova, əməkdar artistlər Ədalət Şükürov və Aybəniz Haşımova Bakı Ağır Cinayətlər Məhkəməsinin A.Kəsəmənli barəsindəki cinayət işinin yekunu olaraq verdiyi hökmə etiraz edərək prezident İlham Əliyevdən məsələnin obyektiv araşdırılmasına göstəriş verməsini xahiş ediblər.

Qeyd edək ki, A. Kəsəmənli narkotik maddədən istifadə ittihamı ilə 8,4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Mediainfo.az