Əşyalarını xilas etmək üçün ölümdən qorxmadılar

Əşyalarını xilas etmək üçün ölümdən qorxmadılar

7 Aprel 2011 18:11
1 026
Bəyəndim (0) Bəyənmədim (0)


Filippinin paytaxtı Manilada dənizin üzərinə sütunlarla inşa edilən qanunsuz tikililər birdən-dirə alovlandı. Çıxan yanğından sonra evləri yerlə bir olan yüzlərlə adam əşyalarını qurtarmaq üçün suya baş vurdular. Evlərinin dənizdə yox olması ilə birlikdə özlərini bir anda suda görən və hər şeylərini itirən yüzlərlə adam saatlarla suların altından əşyalarını çıxarmağa çalışdı. Xilasetmə qrupları dənizin üzərində bir-birinə bitişik və ümumiyyətlə, taxtadan inşa edilmiş evlərə çatmaqda böyük çətinlik yaşayarkən, bölgədə üç mindən çox adamın evsiz qaldığı bildirildi. O.M.