Bu gün FHN peşə bayramıdır

Bu gün FHN peşə bayramıdır

16 Dekabr 2014 11:15
Bəyəndim (0) Bəyənmədim (0)
Kəmaləddin Heydərov kollektivi ilə birgə Heydər Əliyevin məzarını ziyarət edib

Fövqəladə hallar naziri, general-mayor Kəmaləddin Heydərovun başçılığı ilə nazirliyin rəhbər heyəti və əməkdaşları 16 Dekabr - FHN işçilərinin peşə bayramı münasibətilə bu gün Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Heydər Əliyevin məzarı önünə əklil qoyulub, Zərifə Əliyevanın məzarı üzərinə isə güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə güllər düzülüb, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyulub.

Mediainfo.az