Azərbaycan əhalinin noyabr ayına olan siyahısı bəllidir

Azərbaycan əhalinin noyabr ayına olan siyahısı bəllidir

16 Dekabr 2014 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan əhalinin noyabr ayının 1-nə olan sayı açıqlanıb. Dövlət Statatistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 97,2 min nəfər və ya 1% artaraq 2014-cü il noyabr ayının 1-i vəziyyətinə 9 574,3 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub.

Hazırda hər 1 000 nəfər kişiyə 1 011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2%-i şəhər, 46,8%-i isə kənd sakinləri təşkil edir.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 142,6 min körpə doğulub və ötən ilin müvafiq dövrünə nisbətən bu göstərici əhalinin hər 1 000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə qalıb (18,1). Doğulanların 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarətdir.

Mediainfo.az