BMT Suriyada ölənlərin sayını açıqlayıb

BMT Suriyada ölənlərin sayını açıqlayıb

16 Dekabr 2014 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

BMT baş katibinin müavini Valeri Amos qurumun Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Suriyadakı münaqişə nəticəsində ölənlərin sayı 200 min nəfərə, yaralananların sayı isə 1 milyon nəfərə çatıb.

APA-nın TASS-a istinadən xəbərinə görə, V.Amos bu rəqəmlərin hər gün dəyişdiyini vurğulayıb. Onun sözlərinə görə, Suriya əhalisinin yarısı evlərini tərk edib. Onlardan 7,6 milyon nəfəri ölkə daxilində yerlərini dəyişib, 3 milyon nəfəri isə qonşu ölkələrə sığınıb.

Mediainfo.az