Narkotika ilə tutuldu

Narkotika ilə tutuldu

15 Dekabr 2014 16:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ağcabədidə narkotik maddəni qanunsuz saxlayan şəxs saxlanılıb.

Mediainfo.az xəbər verir ki, polis 35 yaşlı şəxsdən 1 kq-dan cox marixuana götürüb. Ağcabədi polisinin həyata keçirdiyi əməliyyat - axtarış tədbirləri nəticəsində rayonun 1978-ci il təvəllüdlü sakini Qafarov Asəf Təvəkkül oğlu şübhəli şəxs kimi tutularaq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 6.30 qram narkotik vasitə olan qurulmuş marixuana götürülüb. Araşdırmalar zamanı Asəf Qafarovun yaşadığı evə baxış keçirən zaman yaşayış evinin yataq otağından 1 kq-dan çox marixuna aşkar edilib. İstintaq bölməsinin rəisi Alşən Abdullayev deyib ki, 35 yaşlı rayon sakini bu qədər narkotik vasitəni kəndlərində kanal kənarından yığdığını deyir. A. Qafarov marixunanı qurudub özü ücün istifadə etdiyini bildirib.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.