Tərtər sakini minaya düşərək həlak olub

Tərtər sakini minaya düşərək həlak olub

15 Dekabr 2014 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Tərtər rayon sakini minaya düşüb.

Tərtər Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə təmas xəttinə yaxın, Həsən Qaya adlanan ərazidə qeydə alınıb.

Laşın rayonundan olan məcburi köçkün, 1973-cü il təvəllüdlü Ramin Baloğlan oğlu Şaluxov qoyun otararkən minaya düşüb. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.

Mediainfo.az