İntiqam Əliyevə qarşı əlavə ittiham elan edilib

İntiqam Əliyevə qarşı əlavə ittiham elan edilib

15 Dekabr 2014 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Həbsdə olan vəkil İntiqam Əliyevə qarşı əlavə ittiham elan olunub.

Bu barədə Apa -ya məlumat verən vəkil Cavad Cavadov bildirib ki, istintaq orqanı tərəfindən İ. Əliyevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə əlavə ittiham elan edilib.

İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirli bilinir.

Mediainfo.az