ARDNŞ-in içşisi dənizdə boğulub

ARDNŞ-in içşisi dənizdə boğulub

15 Dekabr 2014 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işçisi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə şirkətin tabeliyində olan "Neftqazçıxarma" trestinin 4 saylı tikinti-quraşdırma idarəsində baş verib. Həmin idarədə elektrik vəzifəsində çalışan 1951-ci il təvəllüdlü Bəhramov Simran Qarakişi oğlu estakadadan dənizə yıxılıb. O, boğularaq ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, son vaxtlarda neft şirkətinin tikinti quraşdırma idarələrində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı artıb.

Mediainfo.az