Narkomaniyaya qarşı mübarizə metodları genişlənir

Narkomaniyaya qarşı mübarizə metodları genişlənir

23 İyun 2011 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Narkoloji xəstələrin müalicəsi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il iyunun 29-da imzaladığı "Narkoloji xidmət və nəzarət haqqında" Qanunla tənzimlənir.

Narkotiklərə Qarşı Təbliğat Ofisindən verilən məlumata görə, bu xəstəlikdən əziyyət çəkən şəxslərin müalicəsini ixtisaslaşmış tibb müəssisələrində narkoloqlar, psixiatrlar, psixoloqlar aparırlar.
Səhiyyə Nazirliyi narkomanları müalicə etmək üçün özəl klinikalara icazə verməyib. Narkomaniyaya düçar olmuş insanların müalicəsi könüllülük əsasında həyata keçirilir. Yetkinlik yaşına çatmayanlar isə narkoloji tibb müəssisəsinə valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə yerləşdirilirlər.

Narkomaniya öldürür, amma ölmür...

Könül Aypara

O.M.