İraq şiələri İŞİD-ə qarşı çıxdılar

İraq şiələri İŞİD-ə qarşı çıxdılar

15 Dekabr 2014 14:02
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın şiə icmasının liderlərindən biri, ayətullah Müqtəda əs-Sədr bildirib ki, onun tərəfdarları İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı hərbi əməliyyatlara başlayırlar.

ANS PRESS-in məlumatına görə, Müqtəda əs-Sədrin başçılıq etdiyi "Mehdi ordusu" vətəndaş müharibəsi illərində Amerika qoşunlarının ən ciddi düşmənlərindən biri olub.

"Müqəddəs Samarra şəhərinin düşdüyü durumu və terrorçu ordunun onu hədələməsini nəzərə alan lider "Sülh briqadası"na əmr verib ki, 24 saat ərzində cihada hazır olsunlar", - deyə briqadalardan birinin komandirinin dərj etdirdiyi bəyanatda bildirilir.

"Mehdi ordusu" əs-Sədr tərəfindən 2014-cü ilin iyun ayında Mosulun İŞİD tərəfindən işğalından sonra yaradılıb. İŞİD daha sonra şiələr üçün müqəddəs olan Kərbəla və Samarra şəhərləri istiqamətində hücuma keçir.

2004-2008-ci illərdə "Mehdi ordusu" İraqın ən döyüş qabiliyyətli silahlı birləşməsi kimi göstərib.

Mediainfo.az