Qaçqınlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib

Qaçqınlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib

15 Dekabr 2014 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və aidiyyatı ərazi polis orqanlarının müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Sumqayıtda bu şəhərin, eyni zamanda,Qubadlı, Laçın, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa rayonlarının sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir zamanı 232 vətəndaşa, o cümlədən 16 yaşına çatmayan 64, 16 yaşına çatmış 168 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib. Bundan əlavə, 198 nəfərin də şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Mediainfo.az