Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

15 Dekabr 2014 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 16-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar intensivləşəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Mediainfo.az