Yeni sunami təhlükəsi

Yeni sunami təhlükəsi

23 İyun 2011 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın şimal-şərqindəki Hönsü adasında Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Sakit okeanda, İvate prefekturası yaxınlığında yerin 20 kilometr dərinliyində qeydə alınıb. Nisbətən güclü yeraltı təkanlar İvate və Aomori prefekturalarında hiss olunub. Zəlzələ zonasına Hönsü adası ilə yanaşı, Yaponiyanın ən şimal adası olan Hokkaydo, eləcə də Tokio və ona qonşu olan Tiba və Kanaqava prefekturaları da daxildir. Dağıntılar və insan itkisi barədə məlumat verilmir. Milli Meteorologiya İdarəsi bölgədə sunami təhlükəsi elan edib. Meteoroloqlar İvaet prefekturasının sahillərində sunami dalğalarının hündürlüyünün 50 santimetr ola biləcəyini və daha sonra güclənə biləcəyini proqnozlaşdırırlar.

Təhlükəni gözləmək təhlükədən daha təhlükəlidir.

Tofiq Əliyev

O.M.