DƏHŞƏT!!! Azyaşlı uşağa olmazın əzabı verilib! - FOTO

DƏHŞƏT!!! Azyaşlı uşağa olmazın əzabı verilib! - FOTO

14 Dekabr 2014 14:48
Bəyəndim (0) Bəyənmədim (0)
Polis təqsirkarı axtarır

Mediainfo.az xəbər verir ki, İstanbulun Maltepe Fındıklı qəsəbəsində dəhşətli hadisə baş verib!

Belə ki, 1,6 aylıq S. adlı oğlan uşağının qışqırığına qonşular yetişib. Gecənin bir aləmində 2 yaş yarımlıq bacısı ilə təmətəkcə qalan S.-nın əlləri və ayaqları iplə sarıldığından al qana qərq olubmuş. Hələ bu azmış kimi, balaca oğlanın üzündə, bədəninin müxtəlif yerlərində, cinsiyyət orqanında siqaret kötüyü söndürülüb.

Polisin araşdırmaları zamanı bəlli olub ki, uşaqların 26 yaşlı atası Hüseyn gecə növbəsində işləyir. 20 yaşlı anaları Emel isə arabir rəfiqələri və dostları ilə gecə vaxtı kafelərə gedir. Hüseyn spirtli içki aludəsi olduğundan gənc ailədə tez-tez söz-söhbət düşüb. Hətta hamilə vaxtı o, arvadı Emeli dəfələrlə döyərək atası evinə qovub.

İlkin ifadələrdən bəlli olub ki, hadisə baş verən gün – yəni 1 yaş yarımlıq S. vəhşiliyə məruz qaldığı gecə valideynləri evdə olmayıb. Polis ata-anaları tərəfindən baxımsız qalan iki azyaşlını atılmış uşaq evlərinə yerləşdiriblər. Balaca S. hələ də xəstəxanada müalicəsini davam etdirir. Sağalandan sonra o da bacısının yanına – uşaq evinə yerləşdiriləcək.

Hazırda faktla bağlı araşdırmalar davam edir. Azyaşlı uşağa bu cür işgəncə vermiş şəxsin tapılması üzrə əməliyyat tədbirlərinə ara verilmir.

Onu da qeyd edək ki, şübhəlilər arasında azyaşlının valideynlərinin, nənə və babasının, həmçinin, dayəsinin də ifadəsi alınıb.

Günel Həbib