Rüşvətxor edam olunacaq

Rüşvətxor edam olunacaq

12 Dekabr 2014 18:31
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin Quanqzhou əyalətində rüşvət almaqda şübhəli bilinən Baiyun Sənaye və Kənd Təsərrüfatı şirkətinin sabiq baş direktoru Zhanq Xinhuaya hökm oxunub.

Xarici mediasına istinadən xəbər verir ki, məhkəmə 400 milyon yuan (64,8 milyon dollar) pulu rüşvət yolu ilə əldə etməkdə şübhəli bildiyi Xinhuaya edam cəzası verib.

Hakim baş direktorun səlahiyyətindən sui-istifadə hallarını sübuta yetirən kifayət qədər faktın olduğunu bildirib.

Qeyd edək ki, dünən Çin Milli İnkişaf və İslahat komissiyasının sədr müavini Liu Tienanda da 35,58 milyon yuan (təxminən 6 milyon dollar) rüşvət aldığı üçün ömürlük həbsə məhkum edilib.

Mediainfo.az